“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 7-də Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.
Nazir bir sıra tədbirlərdə iştirak edəcək
Səfər çərçivəsində Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
Bundan başqa, nazir Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirak edəcək və çıxış edəcək.
Səfər çərçivəsində Ceyhun Bayramovun bir sıra yüksək səviyyəli görüşlər keçirməsi də planlaşdırılır.

