Xəbər Yerində “Axşam.az”a istinadən xəbər verir ki, Rusiyada məşhurlaşan Azərbaycan əsilli reper Navai (Nəvai Bəkirov) uzun illərdir yanında çalışan mühafizəçisinə bahalı hədiyyə verib.
Məlumata görə, reper 7 ildir mühafizəçisi olan şəxsə avtomobil bağışlayıb.
Avtomobili ad günü hədiyyəsi kimi verib
Sosial şəbəkələrdə yayılan görüntülərdə Navainin mühafizəçisinə avtomobilin açarlarını təqdim etdiyi əks olunub.
Reper bildirib ki, avtomobili mühafizəçisinə ad günü münasibətilə hədiyyə edib.

