Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberyerinde-nin Oxu.Az-a istinadən verdiyi məlumatına görə, qəzada iki “Hyundai” markalı avtomobil toqquşaraq qəza törədiblər.
İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəzanın başvermə səbəbi və xəsarət alanların kimliyi ilə bağlı məlumat mövcud deyil, araşdırma aparılır.


1 Comment