Netanyahu İordan çayının qərb sahilini bağladı – 36 nəfər saxlanıldı

Netanyahu İordan çayının qərb sahilini bağladı – 36 nəfər saxlanıldı

İsrailin Baş naziri Benyamin Netanyahu Hebronda iki İsrail hərbçisinin ölümü ilə nəticələnən silahlı insidentdən sonra İordan çayının qərb sahilində tam qapanma rejiminin tətbiq edilməsi barədə göstəriş verib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, qərar cümə günü səhər İsrail hərbçiləri ilə fələstinli silahlılar arasında Telem məskəni yaxınlığında baş verən atışmadan sonra qəbul olunub.

Hadisə zamanı İsrail ordusu iki fələstinlini öldürüb. Atışma nəticəsində iki İsrail hərbçisi həlak olub, azı beş nəfər isə yaralanıb.

İsrail ordusunun “böyük bir hücumun qarşısını aldığını” bildirən Netanyahu sosial şəbəkə hesabında təhlükəsizlik qüvvələrinə Hebronun dərhal bağlanmasını və İordan çayının qərb sahili boyunca tam qapanma rejiminə keçilməsini tapşırıb. Baş nazir qarşıdan gələn parlament seçkiləri ilə bağlı bütün tədbirlərini də təxirə salıb.

Fələstinlilərə qarşı reydlər başladı

Silahlı insidentdən sonra İsrail ordusu İordan çayının qərb sahilinin müxtəlif bölgələrində genişmiqyaslı reydlərə başlayıb.

Məlumata görə, Cenin, Hebron, Nablus və Qüds ətrafında keçirilən əməliyyatlar zamanı 36-dan çox fələstinli saxlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir