Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq – Paşinyan

Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq – Paşinyan

Azərbaycan hərbçisi Nəsimi Musayev bir müddət Ermənistan ərazisində qalacaq.

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində deyib.

“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək”

Paşinyan bildirib ki, Nəsimi Musayevlə bağlı cinayət işi üzrə bütün prosessual prosedurlar Ermənistan ərazisində aparılacaq.

“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq gedir, hazırda o, həbsdədir”, – Ermənistan hökumətinin başçısı deyib.

Mübadilə məsələsinə konkret cavab vermədi

Ermənistanın baş naziri mümkün mübadilə ehtimalı ilə bağlı suala isə konkret cavab verməyib.

“Tutaq ki, biz onlara deyirik: saxlanılanlardan birini bizə qaytarın ki, biz də bu hərbçini qaytaraq. Bəs sabah bizim hərbçimiz onların tərəfinə keçsə, onda kimi verəcəyik?” – Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan hərbçisi Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Sisian icmasının Şəki kəndində saxlanılıb. O, daha sonra Ermənistan məhkəməsinin qərarı ilə iki aylıq həbs edilib. (Apa.az)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir