Oğluna silah alan ata 20 il azadlıqdan məhrum edildi-FOTO

Oğluna silah alan ata 20 il azadlıqdan məhrum edildi-FOTO

ABŞ-də məktəbə silahlı hücum edən yeniyetmənin atası Colin Gray məhkəmənin qərarı ilə 20 il həbs cəzasına məhkum edilib.

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Colin Gray oğluna hücumda istifadə olunan yarı avtomatik tüfəngi Milad hədiyyəsi kimi alıb və bununla faciənin baş verməsində səhlənkarlığa yol verib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 4-də baş verən hücum zamanı dörd nəfər öldürülüb. Hadisəni törədən 16 yaşlı Colt Gray isə bir neçə gün əvvəl şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilmişdi.

ABŞ-də son illər məktəb atışmaları ilə bağlı valideynlərin hüquqi məsuliyyətə cəlb edilməsi halları artmaqdadır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir