Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində S.Dadaşzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olduğu, özünün isə heç vaxt hər hansı hüquq-mühafizə orqanında işləmədiyi məlum olub.
Faktla bağlı onun barəsində müvafiq məsuliyyət tədbirləri görülür.

