Pakistanda məsciddə partlayış: 21 nəfər ölüb, 103 nəfər yaralanıb

Pakistanda məsciddə partlayış: 21 nəfər ölüb, 103 nəfər yaralanıb

Xəbər Yerində xəbər verir ki, Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında güclü partlayış baş verib.

“The News Pakistan”ın məlumatına görə, hadisə nəticəsində 21 nəfər həyatını itirib. Ölənlərin 15-nin polis əməkdaşı olduğu bildirilir. Partlayış zamanı daha 103 nəfər xəsarət alıb.

Xilasetmə xidmətlərinin məlumatına əsasən, partlayış məscidin xarici hissəsinə ciddi ziyan vurub və divarlardan biri uçub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Kohat dairə xəstəxanasında isə fövqəladə vəziyyət elan olunub.

Mənbə: Modern.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir