Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2027–2028-ci illərdə imzalanmalı olduğunu bildirib.
Xəbər Yerində xəbər verir ki, “Unikal” “Sputnik Ermənistan”a istinadən məlumat yayıb.
Paşinyan bu il sülh müqaviləsinin imzalanmasına nail olunmasını az ehtimallı hesab etdiyini deyib. O, məsələ ilə bağlı Azərbaycanla danışıqların və işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın baş naziri TRIPP təşəbbüsünün sülh müqaviləsi ilə bağlı prosesə görə gözləməli olmadığını da qeyd edib.
“Bu, o demək deyil ki, sülh müqaviləsinə diqqət yetirməli olduğumuz üçün TRIPP təşəbbüsü gözləməlidir. Xeyr, bunların bir-biri ilə əlaqəsi yoxdur”, – deyə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

