Paşinyan Azərbaycanla sərhədlər və kommunikasiya xətləri barədə nə dedi?

Paşinyan Azərbaycanla sərhədlər və kommunikasiya xətləri barədə nə dedi?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğu barədə fikirlərini açıqlayıb.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkələrdəki canlı yayım zamanı danışıb.

Baş nazirin sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. O, həmçinin sərhədin hər iki tərəfində anklav və eksklavların olmamasını, Ermənistanla Azərbaycanın uyğun ölçüdə ərazi mübadiləsi aparmasını təklif edib.

Paşinyan bildirib ki, TRİPP layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır.

Onun fikrincə, Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə qarşılıqlı şəkildə iddialardan imtina etməlidir.

“Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır”, – deyə Paşinyan vurğulayıb.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslarından sonra iki ölkə arasında sülhün məhz bu prinsiplər əsasında təmin edilə biləcəyinə dair qənaəti möhkəmlənib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir