Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı çobanla bağlı danışdı

Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı çobanla bağlı danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədini keçərək saxlanılan azərbaycanlı çobanla bağlı açıqlama verib.

Xəbər Yerində xəbər verir ki, “Unikal” onun fikirlərini yayıb.

Paşinyan bildirib ki, azərbaycanlı çoban Ermənistan sərhədini keçib və hərbçilər tərəfindən aşkar edilərək Milli Təhlükəsizlik Xidmətinə (MTX) təhvil verilib.

“Onlar özlərinə doğru gələn bir şəxsi görüblər, buna görə də onu saxlayıb Ermənistan Respublikasına təhvil veriblər. Bəs atəş açıb onu öldürməli idilər? O, Respublika meydanında saxlanılmayıb”, – deyə baş nazir jurnalistlərə açıqlamasında bildirib.

Paşinyan, həmçinin dünyada insanın keçə bilməyəcəyi sərhədin olmadığını iddia edib.

“Belə bir sərhəd mövcud deyil. Böyük İsgəndər dövründən bu günə qədər heç vaxt belə bir sərhəd və ya təmas xətti olmayıb. Məsələ nədir?” – deyə o əlavə edib.

Qeyd edək ki, 19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50-də Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov Ermənistan ərazisində, Tavuş rayonunda saxlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir