Prezidentdən korrupsiya ilə bağlı mühüm mesaj

Prezidentdən korrupsiya ilə bağlı mühüm mesaj

Prezident İlham Əliyev korrupsiyanın dövlət təsisatlarına ictimai etimadı sarsıtdığını bildirib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində qeyd olunub.

Prezident vurğulayıb ki, korrupsiya sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir.

Dövlət başçısı bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakter daşıdığını və buna görə də müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq səviyyədə görülməsinin zəruri olduğunu bildirib.

İlham Əliyev qeyd edib ki, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın həmin Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Prezidentin sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, eləcə də ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir