Bolqarıstanın Qara dəniz sahillərində iki gəmi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Gəmilərdən biri batıb.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev məlumat verib.
Onun sözlərinə görə, hadisə oktyabrın 13-də ölkənin Qara dəniz sahillərində baş verib.
Hücuma məruz qalan gəmilərin hansı ölkələrə məxsus olduğu hələlik açıqlanmayıb. Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə də məlumat verilməyib.

