Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad edib.
Xəbər Yerində Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısının sərəncamı ilə Dauren Jumataeviç Kosanov Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, bu qərar Xəzər dənizində hərbçilərin həlak olmasından sonra verilib.

