“Xəbər Yerində” APA-nın Şimal bürosuna istinadən xəbər verir ki, Quba rayonunun Bəhrəli kəndində avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada dünyasını dəyişib.
Hadisə sentyabrın 30-da kənd ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Pirmuradova Gülay Şöhrət qızını avtomobil vurub.
Qəza nəticəsində xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

