“Xəbər Yerində” AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib.
Səfər çərçivəsində Mertsin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Kansler jurnalistlərə açıqlamasında səfərinin əsas məqsədinin Almaniyanın Ukraynaya dəstəyini nümayiş etdirmək olduğunu bildirib.
“Mən bu gün Kiyevə gəldim, çünki Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”, – deyə Merts dəmir yolu stansiyasında bildirib.
O qeyd edib ki, ukraynalılar tezliklə müharibənin beşinci qışına qədəm qoyacaqlar. Kanslerin sözlərinə görə, Rusiya xüsusilə şəhərləri, yaşayış binalarını və istilik elektrik stansiyalarını bombalamaqda davam edir.
Merts ukraynalıların sındırılmasının mümkün olmadığını da vurğulayıb.
Almaniya kansleri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kiyevə davamlı dəstək göstərəcəyinə söz verib.

