Ramiz Mehdiyevin əmlaklarının TAM SİYAHISI – Villalar, torpaqlar, bank və ticarət mərkəzləri

Ramiz Mehdiyevin əmlaklarının TAM SİYAHISI – Villalar, torpaqlar, bank və ticarət mərkəzləri

14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Oxu.az-ın yaydığı siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorundakı paylar yer alır.

Həmin əmlakların siyahısını təqdim edirik.

1. Torpaq sahələri və üzüm bağları

  • Novxanıda üzüm bağları;
  • Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;
  • Novxanıda 155 hektar torpaq sahəsi;
  • Xınalıq kəndində 50 hektar torpaq sahəsi.

2. Ailə üzvlərinin adına olan torpaqlar

  • Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq sahəsi;
  • Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq sahəsi.

3. Şirkətlər və media fəaliyyəti

  • “Digital Media” MMC – 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.

4. Daşınmaz əmlak və kommersiya obyektləri

  • İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır;
  • Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;
  • “Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri (MTK);
  • “NLT” MMC və “Premium Store” MMC.

5. Digər şirkətlər və ticarət mərkəzləri

Siyahıda aşağıdakı şirkət və obyektlərin də adları qeyd olunub:

  • “NLT”;
  • “Servis”;
  • “Grand Palace”;
  • “Astoriya”;
  • “Astoriya Tibb Mərkəzi” MMC – 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir;
  • “Qrandezza Ticarət Mərkəzi” MMC – 2014-cü ildə açılıb və 5 min kvadratmetrdən çox sahəyə malikdir;
  • “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar.

6. Bank və investisiya şirkətləri

  • “BTB” ASC – nizamnamə kapitalı 50 milyon manatdır. Səhmlərinin 75 faizinin Ramiz Mehdiyevin nəvəsinə məxsus olduğu bildirilir;
  • “BTB Lizinq” ASC;
  • “BTB Kapital İnvestisiya Şirkəti” ASC.

7. Nəşriyyat və yaşayış binaları

  • “Şərq-Qərb Nəşriyyat Evi” MMC;
  • “Qlobal East West” MMC;
  • Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.

8. Villalar və bağ evləri

  • Bakıda, Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa. Onun satış qiymətinin 8 milyon dollar olduğu bildirilir;
  • Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.

Beləliklə, təqdim olunan siyahıda Ramiz Mehdiyevlə və ailə üzvləri ilə əlaqələndirilən müxtəlif torpaq sahələri, yaşayış və kommersiya obyektləri, şirkətlər, eləcə də bank və investisiya sektorundakı paylar yer alır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir