Rinqdə dəhşətli anlar – Hakimə tətbiq edilən fənd ölümlə nəticələndi – VİDEO

Rinqdə dəhşətli anlar – Hakimə tətbiq edilən fənd ölümlə nəticələndi – VİDEO

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Meksikada keçirilən güləş şousu faciə ilə başa çatıb.

“El Buho” ləqəbi ilə tanınan hakim Xerardo Xerman Pineda matç zamanı güləşçinin ona “piledriver” (baş aşağı yerə çırpma) fəndi tətbiq etməsindən sonra həyatını itirib.

Hadisə Hidalqo əyalətində yerləşən “Deportivo 11 de Julio” idman kompleksində baş verib.

Təxminən 30 ildir hakimlik edən Pineda fənddən sonra bir neçə dəqiqə rinqdə hərəkətsiz qalıb. Tamaşaçılar isə əvvəlcə onun hərəkətsiz qalmasını şounun bir hissəsi hesab ediblər.

Hadisə zamanı tibbi heyət olmayıb

Məlumata görə, yerli qaydalar belə tədbirlər zamanı ərazidə tibbi heyətin və təcili yardım avtomobilinin olmasını tələb edir. Lakin hadisə baş verən zaman idman kompleksində nə tibb işçisi, nə də təcili yardım maşını olub.

Hadisədən sonra 36 yaşlı güləşçi “Hijo de Fishman” saxlanılıb.

Onun ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edilə biləcəyi bildirilir. Təqsiri sübuta yetiriləcəyi halda güləşçini 15 ilədək həbs cəzası gözləyə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir