“Ryanair” təyyarəsində qorxulu anlar: Sərnişinin başı pəncərədən çölə çıxıb

“Ryanair” təyyarəsində qorxulu anlar: Sərnişinin başı pəncərədən çölə çıxıb

Yunanıstandan Almaniyaya uçan “Ryanair” aviaşirkətinə aid sərnişin təyyarəsində havaya qalxdıqdan qısa müddət sonra baş verən insident sərnişinlər arasında təşvişə səbəb olub.

“Xeberyerinde”nin “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Salonikidən Memmingen istiqamətində hərəkət edən “Boeing 737-800” təyyarəsi təxminən 20 min fut yüksəklikdə uçarkən güclü partlayış səsi eşidilib.

İlkin məlumata görə, mühərrikdən ayrılan bir hissə sərnişin pəncərələrindən birinə çırpılıb və şüşənin sınmasına səbəb olub.

Hadisə zamanı pəncərənin yanında oturan 61 yaşlı serbiyalı sərnişinin başı və çiyinləri ani hava təzyiqi nəticəsində təyyarədən kənara çıxıb. Təhlükəsizlik kəmərinin bağlı olması daha ciddi nəticələrin qarşısını alıb.

Sərnişinin həyat yoldaşı və təyyarədəki digər şəxslər onun ayaqlarından tutaraq yenidən salona çəkməyə çalışıblar. Təxminən beş dəqiqə davam edən gərgin anlar zamanı təyyarədəki oksigen maskaları avtomatik şəkildə açılıb.

Hadisədən sonra pilot istiqaməti dəyişərək təyyarəni təcili olaraq Saloniki hava limanına endirib. Aviaşirkətin açıqlamasında təyyarənin təhlükəsiz eniş etdiyi və sərnişinlərin başqa reyslə səyahətlərini davam etdirdiyi bildirilib.

Boyun nahiyəsindən xəsarət alan və bədənində sıyrıqlar yaranan 61 yaşlı sərnişin xəstəxanaya aparılıb. Təyyarədə olan hamilə qadın da ehtiyat məqsədilə tibbi müayinədən keçirilib. Hər iki şəxsin səhhətinin normal olduğu qeyd edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir