Xəbər Yerində Aznews.az-a istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov turnirdə qızıl medal qazanaraq dünya çempionu olub.
77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə moldovalı Aleksandrin Qutu ilə qarşılaşıb. Sənan Süleymanov rəqibinə qalib gələrək çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, Astanada keçirilən dünya çempionatı noyabrın 1-də başa çatacaq.

