Sabah çətirlərinizi hazırlayın – Yağış ehtimalı var

Sabah çətirlərinizi hazırlayın – Yağış ehtimalı var

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Yağıntıların səhər saatlarından tədricən kəsiləcəyi ehtimal olunur. Bəzi ərazilərdə duman müşahidə ediləcək, şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 12-15, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-9 dərəcə isti proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir