Azərbaycanda qar və sulu qar yağır

Azərbaycanda qar və sulu qar yağır

Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərə qar yağıb.

Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb.

Kəlbəcərdə qar örtüyünün hündürlüyü 2 santimetrə çatıb. Bakıda və Abşeron yarımadasında isə 9 millimetrədək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında yağıntının miqdarı Neftçalada 48 millimetrə çatıb ki, bu da aylıq normanın 106 faizidir. Biləsuvarda 21 millimetr (aylıq normanın 46 faizi), Mingəçevirdə 20 millimetr (aylıq normanın 49 faizi), Lerikdə 15 millimetr, Lənkəranda 11 millimetr yağıntı qeydə alınıb.

Qobustan, Astara və Daşkəsəndə 6 millimetr, Salyanda 5 millimetr, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax və İmişlidə isə 4 millimetrədək yağıntı düşüb.

Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağıb.

Bununla yanaşı, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qaxın Sarıbaş kəndi, Şəki, Xızı, Qrız və Göyçayda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir