Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda inamlı qələbə qazanıb.
Xəbər Yerində İdmanBiz-ə istinadən xəbər verir ki, təmsilçimiz “Slaviya” ilə qarşılaşmada 2:0 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb.
Görüşdə hesab 49-cu dəqiqədə Kaheem Parris tərəfindən açılıb. Coy Lens Mikels isə 88-ci dəqiqədə fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, “Sabah” rəqibini iki cavabsız qolla məğlub edib.

