Sakin evinə 1,5 milyon manat tələb etdi – “Lux Residence”dən cavab

Sakin evinə 1,5 milyon manat tələb etdi – “Lux Residence”dən cavab

“Lux Residence” şirkəti ilə sakin arasında mənzilin qiymətləndirilməsi ilə bağlı anlaşılmazlıq yaranıb.

Xəbər Yerində REAL TV-ə istinadən xəbər verir ki, sakin evindən çıxmaq istəmədiyini, buna baxmayaraq şirkət tərəfindən məcburi şəkildə çıxarılmağa çalışıldığını bildirib.

Sakin evinə görə 1,5 milyon manat tələb etdiyini deyib.

Şirkət: “1,5 milyon manat tələb əsassızdır”

“Lux Residence” şirkətinin hüquqşünası Saleh İsgəndərov bildirib ki, cavabdehin 80 kvadratmetr sahəsi olan evi və 70 kvadratmetrlik yarımçıq tikilisi var.

Onun sözlərinə görə, əmlakın sahəsinə uyğun olaraq qiymət müəyyənləşdirilib və həmin məbləğin 20 faiz artığı da sakin üçün təklif olunub.

“Evi çöldən müşahidə etdikdə, mənzilin təmirinə və ölçüsünə baxdıqda 1,5 milyon manat tələb etmək, əlbəttə ki, əsassızdır. Sadəcə, vətəndaş belə deyək, əsassız varlanmaq niyyətindədir”, – deyə Saleh İsgəndərov bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir