Lənkəranda milyonlarla manatlıq restoran gəlirinə görə qardaşlar arasında dava düşdü

Lənkəranda milyonlarla manatlıq restoran gəlirinə görə qardaşlar arasında dava düşdü

Lənkəranın Gərmətürk kəndində sahibkar qardaşlar arasında mübahisə davaya çevrilib.

Xəbər Yerində “Oxu.az”a istinadən xəbər verir ki, hadisə 1977-ci il təvəllüdlü Eldar Məmmədovla onun qardaşları Telman və Elman arasında baş verib.

Məlumata görə, Eldar uzun müddət Qazaxıstanda yaşayıb və orada biznes qurub. Daha sonra bacılarını kənddə yaşayan atasına baxmaq üçün işə götürüb və onlara aylıq maaş ödəyib. Bir müddət sonra isə qardaşları Telman və Elmanı Qazaxıstana apararaq biznesinə cəlb edib.

2,7 milyon dollara şadlıq sarayı tikdirdi

2013-cü ildə Eldar Məmmədov Gərmətürk kəndində anasının şərəfinə “Əzizə” adlandırdığı şadlıq sarayını inşa etdirib.

Məlumata görə, sahibkar obyektin tikintisinə və istifadəyə verilməsinə ümumilikdə 2 milyon 744 min dollar xərcləyib.

Eldar qardaşı Telmanı restorana nəzarətçi təyin edib və ona hər ay 1 500 manat maaş ödəyib.

Restorandan 2,6 milyon manat gəlir əldə edilib

Bir müddət sonra qardaşların atası Novruz vəfat edib. Eldar yas mərasimi üçün kəndə gəlib.

Məclisdən sonra o, qardaşından restoranın icarəsindən əldə olunan gəlirləri tələb edib. Bu zaman məlum olub ki, Telman restorandan 2 milyon 600 min manat gəlir əldə etsə də, Eldara yalnız 168 min manat ödəyib.

Telman əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini bildirib. Araşdırma zamanı Telman və Elmanın restorandan əldə olunan gəliri mənimsədikləri məlum olub.

Ekspertiza zamanı qardaşlar arasında dava düşüb

Bundan sonra faktla bağlı araşdırma başlanılıb və Eldar obyektin qiymətləndirilməsi üçün komissiya yaradılmasını təklif edib.

Əmlakın dəyərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub və obyektdə monitorinq aparılmasına başlanılıb.

Məhkəmə-tibb ekspertizasının hadisə yerində araşdırma apardığı zaman qardaşlar arasında mübahisə yaranıb və dava düşüb.

Hadisə zamanı Eldarın qardaşları Elman və Telmanı döydüyü bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir