Dünyaca məşhur müğənni Sami Yusuf “Qarabağımsan” adlı yeni musiqi kompozisiyasını təqdim edib.
Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi əsərlə bağlı məlumatı sosial şəbəkə hesablarında paylaşıb.
Müğənninin sözlərinə görə, beş il əvvəl hazırlanan kompozisiya Qarabağın insanlarına və bu gözəl diyara ünvanlanmış sevgi məktubu, sevgi nəğməsidir. Əsər COVID-19 pandemiyası dövründə ərsəyə gəlib.
Sami Yusuf bildirib ki, musiqiçilər və xor üzvləri öz ifalarını müxtəlif günlərdə və gecələrdə lentə alıblar. İfaçılar arasında Dövlət Filarmoniyasının üzvləri, eləcə də ənənəvi Azərbaycan musiqi alətlərinin tanınmış ustaları yer alıblar.
Sənətçi layihənin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və təşəbbüsün əsas hərəkətverici qüvvəsi olan professor Sevda Məmmədəliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, “Qarabağımsan” əsərinin sözləri Aytən İsmixanovaya məxsusdur.

