Seul üzr istədi, Pxenyan raket atdı

Seul üzr istədi, Pxenyan raket atdı

“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şimali Koreya Cənubi Koreyanın sərhəddə baş verən mina partlayışına görə rəsmi üzr istəməsi tələbindən sonra Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raket Vonsan bölgəsindən buraxılıb və 700 kilometrdən çox məsafə qət edib.

Seul raket buraxılışı ilə bağlı ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını açıqlayıb.

Mina partlayışından sonra raket sınağı

Raket sınağı Koreyalararası Demilitarizasiya Zonasında üç Cənubi Koreya əsgərinin yaralandığı mina partlayışından sonra baş verib.

Seul və ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığı araşdırma apararaq partlayışın Şimali Koreyanın sərhədin cənubunda yerləşdirdiyi minalardan qaynaqlandığını müəyyən edib.

Pxenyana danışıqlar təklifi

Cənubi Koreya Prezidenti Li Ce Myunq Şimali Koreyanı danışıqlar masasına qayıtmağa çağırıb.

Birləşmə naziri Çunq Donq Yonq da sərhədlə bağlı məsələlərin müzakirəsi üçün Pxenyana danışıqlar təklif edib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq isə mina hadisəsinə görə məsuliyyəti rədd edib.

O, Seulun üzr tələbi və dialoq çağırışlarını “son dərəcə gülünc” və “real olmayan bir fantaziya” adlandırıb.

Kim Yo Conq, həmçinin Pxenyanın Seulun atacağı istənilən addıma hazır olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir