Sumqayıt stadionunda FHN təlim keçirdi – “zərərçəkmişlər” xilas edildi-FOTO+VİDEO

Sumqayıt stadionunda FHN təlim keçirdi – “zərərçəkmişlər” xilas edildi-FOTO+VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda xüsusi təlim keçirilib.

Xəbər Yerində FHN-ə istinadən xəbər verir ki, “Kütləvi idman tədbirləri keçirilən ərazilərdə mümkün fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təşkil olunan təlimə FHN-in Sumqayıt Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası da cəlb olunub.

Təlimin əsas məqsədi

Təlimin keçirilməsində əsas məqsəd kütləvi idman tədbirlərinin təşkil olunduğu ərazilərdə baş verə biləcək fövqəladə hallar zamanı xilasetmə əməliyyatlarının düzgün və operativ şəkildə həyata keçirilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması olub.

Bununla yanaşı, hadisə zamanı xilasetmə qruplarına rəhbərlik edən komandirlərin effektiv idarəetmə və qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə də diqqət yetirilib.

“Zərərçəkmişlər” xilas edildi

Təlim çərçivəsində şərti olaraq kütləvi idman tədbirinin keçirildiyi ərazidə köməksiz vəziyyətdə qalan “zərərçəkmişlərin” xilas edilməsi üzrə əməliyyat həyata keçirilib.

Xilasedicilər şərti zərərçəkmişləri təhlükəli ərazidən çıxararaq onlara təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər.

Təlim uğurla başa çatdıqdan sonra keçirilmiş əməliyyatın nəticələri müzakirə edilib və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir