Xəbər Yerində xəbər verir ki, Vətən müharibəsi qazisi və gənc aşpaz İlkin Baxışovun vəfatının səbəbi məlum olub.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-da gecə saat 01 radələrində Qobustan qəsəbəsində qeydə alınıb.
Şüşəni yumruqla sındırıb
Məlumata əsasən, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırıb.
Hadisə zamanı onun qol nahiyəsi xəsarət alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qazaxıstanda işləyirmiş
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, İlkin Baxışov Qazaxıstanda aşpaz kimi fəaliyyət göstərib.
Onun sözlərinə görə, gənc aşpaz təxminən iki ay əvvəl Azərbaycana qayıdıb.
Faktla bağlı araşdırma aparılır.


