“Səda” TV-nin rəhbəri Elnur Şükürov saxlanılıb.
Xəbər Yerində xəbər verir ki, onun barəsində daxil olan şikayət əsasında polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
E.Şükürova Cinayət Məcəlləsinin 221.2-ci (ağırlaşdırıcı hallarda xuliqanlıq) və 188.1-ci (torpaq sahəsinin qanunsuz zəbt edilməsi və ya özbaşına tutulması) maddələri ilə ittiham irəli sürülüb.
Əvvəl də məhkum olunub
Qeyd edək ki, Elnur Şükürov bir neçə il əvvəl rüşvət alma və dələduzluq əməllərində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

