Taylandda gecə klubunda faciə: Azı 27 nəfər ölüb

Taylandda gecə klubunda faciə: Azı 27 nəfər ölüb

Taylandın paytaxtı Banqkokda fəaliyyət göstərən gecə klublarından birində baş verən güclü yanğın faciə ilə nəticələnib.

Xeberyerinde Qafqazinfoya istinadən xəbər verir ki, hadisə zamanı azı 27 nəfər ölüb, daha 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 22-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, yanğından əvvəl binanın elektrik sistemində nasazlıq yaranıb. Qısa müddət sonra partlayış baş verib və bina sıx tüstüyə bürünüb.

İlkin araşdırmalara əsasən, yanğının tavanda yerləşən kondisioner sistemində baş vermiş qısaqapanma nəticəsində başladığı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir