“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Ağdam kəndində baş verib.
1997-ci il təvəllüdlü N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ailə münaqişəsi zamanı 1961-ci il təvəllüdlü Aydın Məmmədov oğlu N.Məmmədova bıçaqla xəsarət yetirib.
Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilib.

