Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını açıqladı

Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə doğru irəliləyiş əldə olunduğunu bildirib.

Xəbər Yerində xəbər verir ki, Tramp bu barədə Ayova ştatında seçicilərlə görüşü zamanı danışıb.

“Düşünürəm ki, daha iki münaqişənin başa çatmasına yaxınıq. Rusiya ilə Ukrayna arasındakı münaqişənin də bu istiqamətdə irəlilədiyini düşünürəm”, – deyə ABŞ lideri qeyd edib.

Tramp çıxışı zamanı İranla bağlı münaqişəyə də toxunub.

Putin sülh danışıqlarının bərpasından danışıb

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların bərpası məsələsinə münasibət bildirib.

Putin Rusiyanın bu cür təmaslarda iştirak etməyə yalnız yekun sülh sazişinə nail olmaq məqsədilə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd hərbi əməliyyatları müvəqqəti dayandırmaq deyil, münaqişənin tam həllinə nail olmaqdır.

Putin Zelenskinin ərazi məsələsinə dair açıqlamasına münasibət bildirib

Rusiya lideri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazilərin verilməsi ilə bağlı açıqlamasını şərh edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir