“Tüklü toyuq” istifadə edilən kolbasa istehsalı dayandırıldı-FOTO

“Tüklü toyuq” istifadə edilən kolbasa istehsalı dayandırıldı-FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar edilməsi ilə bağlı yayılan görüntülərdən sonra dərhal araşdırmalara başlayıb. Bununla əlaqədar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən kolbasa və sosiska istehsalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı məlum olub ki, istehsal prosesində toyuq dərilərindən tükü tam təmizlənmədən istifadə edilir. Eyni zamanda, bəzi xammalların mənşəyini təsdiqləyən sənədlərin təqdim edilmədiyi, məhsulların etiketlərində qanunvericiliyin tələblərinə əməl olunmadığı və alıcılara natamam məlumat verildiyi müəyyənləşdirilib.

Araşdırma nəticəsində müəssisədə məhsulların izlənməsi sistemində də çatışmazlıqlar üzə çıxıb. Bundan başqa, xammalın saxlanılması və istehsalın təşkili zamanı qida təhlükəsizliyi normalarının bir sıra hallarda pozulduğu qeydə alınıb.

Aşkarlanan nöqsanlarla əlaqədar müəssisə rəhbəri barəsində inzibati tədbirlər görülüb. Məhsullardan laborator ekspertiza üçün nümunələr götürülüb, istehsalın müvəqqəti dayandırılması və dövriyyədə olan məhsul partiyasının ticarət şəbəkələrindən geri toplanması barədə qərar verilib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir