Sumqayıtdan Masazıra ağır xəstə çağırışına yollanan təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürək tutmasından həyatını itirib.
“Mən birtəhər dözərəm” deyib
Həkimlərin sözlərinə görə, İsmayıl Məmmədov yol boyunca ürəyində ağrı hiss edib. Lakin o, həkim briqadasını xəstənin yanına vaxtında çatdırmaq üçün ağrısına baxmayaraq avtomobili idarə etməyə davam edib.
Sürücünün həkimlərə “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” dediyi bildirilib.
Həkimlər geri qayıdanda faciə ilə üzləşiblər
Həkim briqadası xəstəyə tibbi yardım göstərdikdən sonra təcili yardım avtomobilinə qayıdıb. Bu zaman onlar İsmayıl Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.

