Təhsil işçiləri bu gündən metro və avtobusda 1 qəpik ödəyəcək

Təhsil işçiləri bu gündən metro və avtobusda 1 qəpik ödəyəcək

“TəhsilPlus” kartı olan təhsil işçiləri noyabrın 2-dən etibarən ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, kampaniya noyabrın 2-dən 30-dək Bakı metrosu və avtobuslarda keçərli olacaq.

Kampaniya çərçivəsində “TəhsilPlus” kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cüməyədək ilk gedişi 1 qəpik təşkil edəcək.

Güzəşt hər kart üzrə gündə yalnız bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanacaq. Bununla yanaşı, “TəhsilPlus” kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə edilən ödənişlərə də 10 faiz bonus verilir.

Hazırda “TəhsilPlus” kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb. Artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb.

Qeyd edək ki, “TəhsilPlus” kartı əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirir. Kart təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Bundan əlavə, kart sahibləri ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir