Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.
Xəbər Yerində “Oxu.Az”-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.

