Xəbər Yerində xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda müvəqqəti olaraq endirilən sürət həddi yenidən əvvəlki vəziyyətinə qaytarılıb.
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hava şəraitinin yaxşılaşması ilə əlaqədar yollarda sürət həddi bərpa edilib.

