Yaponiya ordusu üçün pilotsuz nəqliyyat gəmiləri hazırlanacaq

Yaponiya ordusu üçün pilotsuz nəqliyyat gəmiləri hazırlanacaq

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi fövqəladə vəziyyət zamanı qoşunların, sursatın və digər yüklərin daşınması üçün insansız nəqliyyat gəmilərinin hazırlanmasına başlayacaq.

Məlumata görə, bu məqsədlə vəsaitin 2027-ci maliyyə ili büdcəsində nəzərdə tutulması planlaşdırılır.

Yüklər uzaq adalara daşınacaq

“Yomiuri” qəzetinin yazdığına görə, layihənin əsas məqsədi Tayvan yaxınlığında yerləşən uzaq Yaponiya adalarına yüklərin sürətli və nisbətən təhlükəsiz şəkildə pilotsuz gəmilərlə çatdırılmasını təmin etməkdir.

Tokio Tayvan ətrafını potensial münaqişə zonası kimi nəzərdən keçirir.

Hazırlanacaq avtomatik nəqliyyat gəmilərinin kameralar və radarlarla təchiz edilməsi, həmçinin peyk naviqasiya sisteminə qoşulması planlaşdırılır.

Müdafiə büdcəsi rekord həddə çatacaq

Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün rekord həcmdə – 8,9 trilyon yen (56,7 milyard dollar) büdcə tələb etməyi planlaşdırır.

Əlaqəli xərclər də nəzərə alınmaqla, ölkənin müdafiə xərclərinin 10,6 trilyon yeni (67,5 milyard dollar) keçəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir