Yaşamaq üçün dünyanın ən yaxşı yerləri hansılardır?

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri hansılardır?

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2026-cı ildə yaşamaq üçün ən yaxşı ölkə və ərazilərin reytinqi açıqlanıb. “Nomad Capitalist” şirkətinin hazırladığı “Nomad Lifestyle Index” reytinqində Monako birinci, Andorra ikinci, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə üçüncü yeri tutub.

Məlumata görə, araşdırma çərçivəsində 63 ölkə və ərazi beş əsas meyar üzrə qiymətləndirilib. Bunlara təbiət və iqlim, vergi sistemi, yaşayış icazəsi və ölkəyə giriş imkanları, təhlükəsizlik və azadlıq, eləcə də həyat keyfiyyəti və infrastruktur daxildir.

Qiymətləndirmə zamanı hava keyfiyyəti, ekstremal hava hadisələri riski, vətəndaşlıq əldə etmək imkanları, təhlükəsizlik, orta ömür uzunluğu, yaşayış xərcləri və internet sürəti kimi göstəricilər də nəzərə alınıb.

Monako yüksək həyat keyfiyyəti, inkişaf etmiş infrastrukturu, təhlükəsizliyi və azadlıq göstəriciləri ilə reytinqdə ilk sırada qərarlaşıb. Andorra isə təhlükəsizlik və azadlıq meyarları üzrə lider olub. Bununla belə, ölkədə vətəndaşlıq almaq üçün uzunmüddətli yaşayış və digər tələblər onun birinci yerə yüksəlməsinə mane olub.

Reytinqin ilk onluğunda Avropa ölkələri üstünlük təşkil edib. Malta dördüncü, Portuqaliya beşinci, Kipr altıncı, İsveçrə isə onuncu yerdə qərarlaşıb. Sinqapur yeddinci, Kayman Adaları səkkizinci, Yeni Zelandiya isə doqquzuncu olub.

2026-cı ildə yaşamaq üçün ən yaxşı 10 ölkə və ərazi:

  1. Monako – 73,89 bal
  2. Andorra – 73,68 bal
  3. Birləşmiş Ərəb Əmirlikləri – 73,15 bal
  4. Malta – 72,11 bal
  5. Portuqaliya – 70,09 bal
  6. Kipr – 68,42 bal
  7. Sinqapur – 67,12 bal
  8. Kayman Adaları – 66,50 bal
  9. Yeni Zelandiya – 66,43 bal
  10. İsveçrə – 65,44 bal

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir