1,1 milyon şəxsə 1,5 milyard manatdan çox ödəniş edilib

1,1 milyon şəxsə 1,5 milyard manatdan çox ödəniş edilib

Xəbər Yerində xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 100 min nəfərə ümumilikdə 1 milyard 503 milyon manat məbləğində müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Ödənişlərin bölgüsü

Nazirliyin məlumatına əsasən, hesabat dövründə 515 min nəfər müavinətlə təmin olunub və onlara 844 milyon manat ödənilib.

Eyni dövrdə 406 min nəfərə Prezident təqaüdü üzrə 542 milyon manat vəsait verilib. Sosial sığorta hesabına isə 179 min nəfərə 117 milyon manat məbləğində müavinət ödənilib.

Ödənişlər ötən illə müqayisədə artıb

Ötən ilin eyni dövrü ilə müqayisədə müavinət ödənişlərində 11 faiz, Prezident təqaüdləri üzrə ödənişlərdə 12 faiz, sosial sığorta hesabına verilən müavinətlərdə isə 5 faiz artım qeydə alınıb.

Təyinatların böyük hissəsi elektron həyata keçirilir

Bildirilib ki, cari ilin ilk 8 ayı ərzində daha 98 min müavinət və təqaüdün təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada aparılıb.

2019-cu ildən, yəni sosial ödənişlərin elektron təyinatına başlanıldığı vaxtdan etibarən isə ümumilikdə 977 min müavinət və təqaüd e-sistem üzərindən vətəndaşların müraciətinə ehtiyac olmadan təyin edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir