“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta məktəbin şagirdi intihara cəhd edib.
Məlumata görə, 2014-cü il təvəllüdlü M.N. bu gün təhsil aldığı məktəbin ikinci mərtəbəsindən özünü atıb.
Hadisədən sonra məktəblinin çantasında psixotrop dərmanlar aşkar olunub.
Məktəb direktorunun məlumatına əsasən, son bir ay ərzində qız üçün məktəbə 3-4 dəfə təcili tibbi yardım çağırılıb.
Bundan əlavə, M.N.-nin rəfiqəsi ilə bölüşdüyü məlumata görə, sentyabrın 10-15-i tarixləri arasında ona əmisi tərəfindən zorakılığa cəhd olunub.
Hazırda M.N. Sabunçu Tibb Mərkəzində müalicə olunur. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

