2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
“Xəbər Yerində” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülən tələbələrin üçdə birindən çoxu SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır. Belə ki, 102 təqaüdçüdən 35-i BANM tələbəsidir.
Bununla da Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə 7-ci dəfə ölkə üzrə lider mövqeyini qoruyub.
BANM-də Prezident təqaüdünə layiq görülən tələbələrin ixtisas bölgüsü də açıqlanıb. Onlardan:
- 13 nəfər Maliyyə;
- 10 nəfər İnformasiya təhlükəsizliyi;
- 8 nəfər Kimya mühəndisliyi;
- 3 nəfər Kompüter elmləri;
- 1 nəfər isə Data analitikası ixtisası üzrə təhsil alır.
Beləliklə, 2026–2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 tələbənin 35-nin BANM-i təmsil etməsi ali məktəbin yüksək nəticələrini bir daha göstərib.

