143 tibb işçisi sertifikat olmadan işləyib – Nazirlik tədbir gördü

143 tibb işçisi sertifikat olmadan işləyib – Nazirlik tədbir gördü

Bu ilin ilk 6 ayı ərzində 143 tibb işçisinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib.

Qeyd olunub ki, “Özəl tibb fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinə və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən, özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və ya bu sahədə işləmək istəyən şəxslər sertifikasiyadan keçməlidirlər.

Mərkəzin açıqlamasında vurğulanıb ki, özəl tibb müəssisəsi olsa belə, sertifikasiya şəhadətnaməsi olmayan və ya sənədinin qüvvədə olma müddəti başa çatan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması qanunvericiliyin tələblərinə ziddir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir