“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın ən bahalı kitablarından biri hesab olunan Jozef Forenin “Apokalipsis” əsəri Fransanın İssuar şəhərində yerləşən müasir incəsənət muzeyindən oğurlanıb.
Üz qabığını Salvador Dali hazırlayıb
Məlumata görə, 1958-1961-ci illərdə hazırlanmış kitabın üz qabığı dünyaca məşhur rəssam Salvador Dali tərəfindən hazırlanıb.
Kitabın çəkisi 210 kiloqramdır. Tuncdan hazırlanan üz qabığı qiymətli daşlarla bəzədilib.
Nəşrin dəyərinin bir neçə milyon avro olduğu bildirilir.
Tək nüsxədə hazırlanıb
“Apokalipsis” kitabı Vəftizçi İohanın “Vəhy” kitabı əsasında yalnız bir nüsxədə hazırlanıb.
Oğurluğun hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.

