“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov həbs edilib.
Məlumata görə, Əflatun Məmmədov rüşvət ittihamı ilə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
May ayında vəzifəsindən azad edilmişdi
Qeyd edək ki, Əflatun Məmmədov 2026-cı ilin may ayında vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

