Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.
Məlumata görə, gəncin evdə olduğu zaman qəfil ürəyi dayanıb. Hadisə nəticəsində o, həyatını itirib.
Bildirilib ki, Azər Mehtiyev işləmək məqsədilə Polşaya gedibmiş.
Hazırda mərhumun nəşinin doğma kəndi Candara gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər görülür.

