Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncədə müğənni Daşqın Eldarlı vəfat edib.
Hadisə şəhərdəki özəl klinikalardan birində baş verib.
Məlumata görə, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı bir müddət əvvəl ürəyində yaranan problemlə əlaqədar müalicə alıb.
Müğənni dünən əməliyyat olunub. Lakin əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və həyatını itirib.
Qeyd edək ki, Daşqın Eldarlı Gəncə və ətraf rayonlarda tanınan müğənnilərdən olub.
Yunis Quliyev

