31 yaşlı stomatoloq xərçəngdən vəfat etdi

31 yaşlı stomatoloq xərçəngdən vəfat etdi

Göyçayda fəaliyyət göstərən gənc stomatoloq Orxan Cəfərov 31 yaşında dünyasını dəyişib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyindən vəfat edib. O, İranda müalicə aldığı xəstəxanaların birində həyatını itirib.

Rayonda diş həkimi kimi tanınan Orxan Cəfərov subay olub.

Hazırda mərhumun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq işlər görülür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir