5 gün okeanda itkin qaldılar: Balıqçılar soyuducunun içində sağ tapıldı

5 gün okeanda itkin qaldılar: Balıqçılar soyuducunun içində sağ tapıldı

Meksikada iki balıqçı Sakit okeanda beş gün itkin qaldıqdan sonra inanılmaz şəkildə sağ tapılıb.

Xəbər Yerində xəbər verir ki, 53 və 32 yaşlı balıqçılar avqustun 13-də Çiapas ştatının Paredon kəndindən “Camaronera” adlı qayıqla dənizə çıxıblar. Ertəsi gün onlarla əlaqə kəsilib. Bundan sonra balıqçıların axtarışına qayıqlar, təyyarə və Meksika Hərbi Dəniz Qüvvələrinin bölmələri cəlb olunub.

Beş gün davam edən axtarışdan sonra hərbçilər onları Çiapas sahillərindən 240 kilometrdən çox uzaqlıqda aşkarlayıblar. Balıqçılar qayığın batmasından sonra suyun üzərində qalmaq üçün özləri ilə götürdükləri portativ soyuducudan istifadə ediblər. Onlar beş gün ərzində nə qida, nə də içməli suya çıxış əldə edə biliblər.

Xilas edilən zaman hər iki şəxsdə ciddi susuzlaşma müşahidə olunub. Onlar helikopterlə sahilə çatdırılaraq tibbi yardım alıblar və daha sonra ailələri ilə görüşüblər.

Balıqçıların qayığının necə batdığı və onların sahildən bu qədər uzağa necə sürükləndiyi araşdırılır. İlkin ehtimallara görə, güclü külək və əlverişsiz hava şəraiti hadisəyə səbəb ola bilər. Qayığın taleyi ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur.

Meksika Hərbi Dəniz Qüvvələri axtarış zamanı gəmi, sürətli kater və təyyarələrdən ibarət əməliyyat qrupundan istifadə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir